http://www.azadlip7uny6g37ob7prppu5ypbvn6dewn6ttlcewxli3x2ajmsdsmid.onion/a/rusiya-qazaxistan/32218893.html
Astana bildirir ki, bu saziş artıq aktuallığını itirib, çünki Avrasiya İqtisadi İttifaqı çərçivəsində milli valyutaların mübadiləsini tənzimləyən başqa sənədələr qəbul olunub. Qazaxıstan bunu da bildirir ki, sözü gedən razılaşma de jure qüvvədə olsa da, artıq xeyli vaxt idi de facto fəaliyyət göstərmirdi. Qazaxıstan bəyan edib ki, Astana buna bənzər razılaşmaları təkcə Rusiya ilə yox, habelə Monqolustan, Qırğızıstan və Belarusla da dayandırır.