http://www.azadlip7uny6g37ob7prppu5ypbvn6dewn6ttlcewxli3x2ajmsdsmid.onion/a/azerbaycan-ermenistan-serheddinde-toqqushma-itkiler-var/32030452.html
Azərbaycanın cəbhədə son gündə 50 hərbçisi həlak olub Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də axşam saatlarında cəbhədəki itkiləri açıqlayıb. Nazirliyin bildirməsinə görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.