http://www.sesi2v3autjxps3xrdvhguwas74fgevaslohurbvh736dlkdazdrqqad.onion/a/7116545.html
"Piket keçirən işçilərin nümayəndəsi deyib ki, işçilərin tələblərinə diqqət yetirilmədiyi təqdirdə, bundan sonra baş verəcəklər ilə bağlı dövlət cavabdeh olacaq," İşçilərin Azad Birliyinin xəbərində qeyd edilib. Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi isə bildirib ki, İran telekommunikasiya şirkətinin təqaüdçüləri Urmiyə, Tehran və Məşhəd daxil olmaqla, ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş keçirməyə davam ediblər.