http://www.azadlip7uny6g37ob7prppu5ypbvn6dewn6ttlcewxli3x2ajmsdsmid.onion/a/azerbaycanla-israil-herbi-texniki-emekdashliq-muzakire/32139339.html
Açıqlamaya görə, xalq cəbhəsi üzvü deyib ki, yanvarın 10-da metronun "Nizami" stansiyasında polislər onu saxlayıblar və daha sonra həmin gün əsassız olaraq polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırılıb. "Onu Tik-Tok şəbəkəsində paylaşımlarına görə cəzalandırırlar. O özünü günahkar saymır" ,- AXCP-dən vurğulayıblar. Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.